EN

Maşını satarkən içindən tapdı Nə olduğu bilinmir

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Avtomobilini satmaq istəyən şəxs maşının nömrə yerindən üzəri tilsimli yazılarla dolu kağızlar tapıb. Kağızın üzərindəki qəribə simvollar və naməlum yazılar görənləri heyrətə salıb.Demokrat.az xəbər verir ki, Türkiyədə baş verən hadisə qısa müddətdə sosial medianın əsas müzakirə mövzusuna çevrilib. Nəqliyyat vasitəsinə baxış keçirən şəxs nömrə qabının küncünə sıxışdırılmış köhnəlmış kağız tapıb.Üzərində müxtəlif həndəsi fiqurlar, cizgilər və xarici dildə qeydlər olan bu tapıntının "cadu" olduğu iddia edilir. Nə baş verdiyini anlamayan vətəndaş həmin anları qeydə alaraq görüntüləri paylaşıb və kömək istəyib.Sosial media istifadəçiləri arasında mövzu ilə bağlı müxtəlif fikirlər yaranıb. Bəziləri bunun sürücüyə qarşı edilən bəd niyyətli bir əməl olduğunu bildirsə də, digərləri məsələyə daha skeptik yanaşaraq fərqli

izahlar irəli sürüblər.Həmin kağızların ora kim tərəfindən və hansı məqsədlə yerləşdirildiyi hələ də sirr olaraq qalır.İsmayıl

Demokrat.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
demokrat.az

1Sources