EN

İranı o idarə edir, Xamenei isə… – KİV

ABŞ-la davam edən gərginlik fonunda və ölkənin ali rəhbəri Əli Xameneinin vəfatından sonra İranda hakimiyyət getdikcə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin əlində cəmləşir.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, həm hərbi, həm də siyasi qərarların qəbul olunduğu əsas mərkəz artıq dar bir çevrədir. 

Bu çevrəyə Ali Milli Təhlükəsizlik Şurası, ali rəhbərin aparatı və SEPAH rəhbərliyi daxildir. 

Mənbələrin sözlərinə görə, ölkənin siyasi və dini elitası bu qərarlara təsir göstərmək imkanında deyil.

Pakistanlı və iki iranlı rəsmi şəxs əsas fiqur kimi SEPAH komandanı Əhməd Vahidinin adını çəkib. Bildirilir ki, formal olaraq hakimiyyətin zirvəsində ali rəhbər Müctəba Xamenei dayansa da, onun rolu daha çox generalların qəbul etdiyi qərarları legitimləşdirməklə məhdudlaşır.

Mənbələr qeyd edir ki, təhlükəsizlik riskləri və aldığı xəsarətlər səbəbindən Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmır və əsasən SEPAH nümayəndələri vasitəsilə əlaqə saxlayır.

Ekspertlərin fikrincə, bu vəziyyət Tehranın siyasətinin daha sərt xətt üzrə formalaşmasına gətirib çıxarır. Onların qiymətləndirməsinə görə, İran və ABŞ arasında mümkün razılaşmanın qarşısını daxili qarşıdurma deyil, Vaşinqtonun təklifləri ilə SEPAH rəhbərliyinin qəbul etməyə hazır olduğu şərtlər arasındakı fərq alır.

Eyni zamanda vurğulanır ki, ölkə daxilində ciddi parçalanma və ya güclü ictimai müxalifət əlamətləri müşahidə olunmur.

Bu isə, ekspertlərin qənaətinə görə, İranda idarəetmənin əsasən təhlükəsizlik strukturları və hərbi elitanın nəzarətinə keçdiyini göstərir.

Bizim.Media 

Chosen
44
1
bizim.media

10Sources