EN

İranda siyasi hakimiyyət SEPAH-ın əlinə keçibReuters

ABŞ və İsraillə münaqişə və ölkənin əvvəlki ali lideri Ayətullah Əli Xameneyinin ölümü fonunda İranda həm siyasi, həm də hərbi güc İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) keçir.

Azpost.info bildirir ki, bu sözləri Reuters agentliyinin məlumatında deyilir.

“Müharibə dövründəki təzyiqlər hakimiyyəti dar və daha sərt daxili dairədə cəmləşdirib. Bu dairə Ali Milli Təhlükəsizlik Şurasında, Ali Rəhbərin Ofisində və hazırda həm hərbi strategiyaya, həm də əsas siyasi qərarlara hakim olan SEPAH-da kök salıb”-məlumatda deyilir.

Qeyd olunur ki, hazırkı Ali Rəhbər Müctəba Xameneyi ölkənin güc strukturunun zirvəsində qalır. Lakin onun rolu əsasən öz əmrlərini verməkdənsə, generalların qərarlarını qanuniləşdirməkdir.

AzPost.az

Chosen
42
2
azpost.info

3Sources