EN

Zelenski silah ixracını elan etdi Rusiya ilə əlaqəli ölkələrə qadağa tətbiq olunacaq

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin silah ixracına başladığını elan edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bu barədə öz teleqram kanalında paylaşım edib.

Məlumata görə, Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinə və kəşfiyyat orqanlarına Rusiya ilə əməkdaşlıq edən ölkələrin siyahısını müəyyən etməyi tapşırıb. Bu ölkələrə silah ixracının qadağan ediləcəyi bildirilib.

Prezident qeyd edib ki, məqsəd Moskvanın Ukrayna texnologiyalarına və silahlarına çıxış əldə etməsinin qarşısını almaqdır.

Bildirilib ki, bu addım ölkənin müdafiə sənayesinin inkişafı ilə yanaşı, milli təhlükəsizlik maraqlarının qorunmasına xidmət edir.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
39
redaktor.az

10Sources