Həm tarixi abidə, həm də müasir incəsənət nümunəsi hesab edilən Nizami Kino Mərkəzinin eyvanında restoran fəaliyyətə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı tanınmış memar Elçin Əliyev paylaşıb. O bildirib ki, bu qanunsuzdur:
“Mədəniyyətə maraqlı yanaşma: dövlət tərəfindən qorunan memarlıq abidəsi, “Nizami” kinoteatrının eyvanında qanunsuz restoran açdılar və sonra adını “Mədəniyyət” qoydular.
Reallığımızın ikiüzlülüyünün heç bir həddi yoxdur!”.