EN

“Mercedes” tikiliyə çırpıldı: Yaralılar var -FOTOLAR - YENİLƏNİB

Tovuz rayonunda qəza baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

Bunlar Şəmkir sakini 1976-cı il təvəllüdlü Vəliyeva Aynurə Adil qızı, Şuşa sakini 1983-cü il təvəllüdlü Mustafayev Tural Əli oğlu və Tovuz sakini 1998-ci il təvəllüdlü Nəzərov Elşən Nüsrət oğludur.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilib.

"Cebheinfo.az"

Chosen
72
4
cebheinfo.az

6Sources