EN

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Orban dövrünün privatizasiya sövdələşmələrini araşdıracağını açıqladı.Macarıstanın gələcək baş naziri Peter Madyar ölkədə 1988-2000-ci illərdə həyata keçirilmiş özəlləşdirmə sövdələşmələrinin araşdırılacağını bildirib.Bizim.Media xəbər verir ki, bu barədə Madyar sosial şəbəkə hesabında məlumat yayıb.O, həmçinin sosialist dövründə dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmiş agentlərə dair arxivlərin tam açılacağını vəd edib.Madyarın sözlərinə görə, həmin sənədlərin məxfiliyi payızda — 1956-cı il Macarıstan inqilabının 70-ci ildönümü günündə aradan qaldırılacaq.

 

Gələcək hökumət rəhbəri bildirib ki, araşdırmanın məqsədi həmin dövrdəki biznes dairələri ilə partiya rəhbərliyi və xüsusi xidmət orqanları arasındakı əlaqələri üzə çıxarmaqdır. Onun fikrincə, arxivlərin açılması Macarıstanda indiki siyasi və iqtisadi elitanın necə formalaşdığını göstərməyə imkan verəcək.

Madyar eyni zamanda sabiq Baş nazir Viktor Orbanın ətrafını da tənqid edib. O iddia edib ki, Orban dövründə oliqarxlar aktivlərini kütləvi şəkildə BƏƏ, ABŞ və Uruqvaya çıxarıblar.Qeyd edək ki, Peter Madyarın rəhbərlik etdiyi “Tisa” partiyası son seçkilərdə Viktor Orbanın uzunmüddətli hakimiyyətinə son qoyub. “Reuters” yazır ki, Madyarın gələcək hökuməti kommunist dövrünün gizli polis arxivlərini açmağı əsas prioritetlərdən biri kimi təqdim edir.Bundan əvvəl Madyar Orban hökumətindən qalan sənədlərin məhv edilməsi ilə bağlı məlumatlar aldığını da bildirmişdi. O, vətəndaşları belə halları anonim platforma vasitəsilə bildirməyə çağırıb və sübutların məhv edilməsinə görə məsul şəxslərin qanun qarşısında cavab verəcəyini deyib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
1
bizim.media

2Sources