EN

Nazir: Daxili istehsalda özəl sektorun payı artıb

BAKI, 29 aprel. TELEQRAF

Azərbaycanda sahibkarlarımız öz fəaliyyətini özəl sektorda həyata keçirir, bəzi hallarda bu dövlət şirkətləri ilə rəqabət mühitində həyata keçirilir və özəl sektorla bağlı biz onu görürük ki, ildən ilə Azərbaycanın daxil məhsulunda, yəni istehsal olunan məhsul xidmətlərinin həcmində özəl sektorun rolu ildən ilə getdikcə artır.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ku, buna səmərəlilik göstəricisi kimi baxılır:

“Biz görürük ki, əlavə dəyərinin yaradılması, əksər hallarda daha çox əlavə dəyər yaradan nəticələrə gətirib çıxarır və bunlar daha səmərəlidir. Eyni zamanda o da həqiqətdir ki, özəl sektorda olan resurslar sonsuz deyil və həmin resurslara əlçatanlıq - istər sahibkarın düzgün kapitalıdırsa, istər dövlət tərəfindən təqdim olunan dəstək alətləridirsə, bunların sistem şəkilində sahibkara təqdim edilməsi, sahibkarlıq sektoru üçün əlçatan olması diqqət mərkəzimizdə olmalıdır”.

Chosen
26
teleqraf.com

1Sources