EN

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Qurumdan verilən xəbərə görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran hədəfləri diqqətə çatdırıb.

İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqin aparılması qaydaları” layihəsi təsdiq olunub.

Şuranın üzvü, Mülki və kommersiya işləri üzrə ədalət mühakiməsinin səmərəliyinin təhlilinə dair İşçi qrupun rəhbəri Sənan Hacıyev tərəfindən ölkə məhkəmələrində mülki və kommersiya mübahisələri üzrə icraatı dayandırılmış işlərə dair məlumat təqdim olunub.

Həmçinin Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri Əhliman Xıdırov hakimlərin fəaliyyətinin qiymətləndirilməsi barədə Şura üzvlərini məlumatlandırıb.

İclasda kadr məsələlərinə, Hakimlərin Seçki Komitəsinə üzv seçilməsi və intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

"Cebheinfo.az"

Chosen
56
16
cebheinfo.az

10Sources