EN

Nazir:Sahibkarlar vergi öhdəliklərinin icrasında vicdanlı davranırlar

BAKI, 29 aprel. TELEQRAF

Ölkədə özəl, qeyri-neft sektorunda fəaliyyət göstərən muzdlu işçilərin sayı dövlət, büdcə təşkilatları, o cümlədən neft-qaz sektorunda işləyənlərin sayına nəzərən 1 milyon nəfərdən çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu nöqteyi nəzərdən məşğulluğun rəsmiləşdirilməsi, sahibkarlıq subyeklərində işləyən insanların, təminatlı pensiyası olan insanların sayının sistemə cəlb edilməsi məsələsi demək olar ki, böyük mənada həll edilib:

“2026-ci ilin yanvarın 1-nə qədər qeyri-neft özəl sektorda fəaliyyət göstərən bütün sahibkarlar üçün demək olar ki, vergi tədbiq edilib. Bunun nəticələri gözləntilərdən də daha yuxarıdır.

Əlavə olaraq bildirim ki, bu ildən fiziki şəxslərə 3% gəlir vergisinin tədbiqinə başlanılıb. Sahibkarlara təşəkkür edirik ki, vicdanlı davranırlar”.

Chosen
58
teleqraf.com

1Sources