Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması məqsədi ilə bukletlər buraxıb. Hazırlanan bukletlər aşağıdakı mövzuları əhatə edir:
Yerli (bələdiyyə) vergiləri; Əlavə Dəyər Vergisi (ƏDV); Dövlət büdcəsinə ödənilən əmlak vergisi; Aksizlər; Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi və sosial sığorta haqları; Fiziki şəxslərin uçotu; Fiziki şəxslərin gəlir vergisi (sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə) ; İcbari tibbi sığorta üzrə ödənişlər; İşğaldan azad edilmiş ərazilərdə vergitutma; Kommersiya qurumlarının dövlət qeydiyyatı; Maliyyə sanksiyaları və məsuliyyət tədbirləri; Mədən və mənfəət vergiləri; Nağdsız hesablaşmalar; Naxçıvan Muxtar Respublikasında vergitutmanın xüsusiyyətləri; Sadələşdirilmiş vergi və sərnişindaşıma fəaliyyəti üzrə ödənişlər; Ailə kəndli təsərrüfatları üçün sosial sığorta ödənişləri; Torpaq vergisi; Üfüqi monitorinq modeli; Vergi ödəyicisinin hüquq və vəzifələri; Vergi öhdəliklərinin yerinə yetirilməsi; Vergi qanunvericiliyinin pozulması halları; Onlayn kassa aparatlarının tətbiqi; Aylıq sabit məbləğdə ödənişlərin hesablanması və ödənilməsi.Bukletlərin elektron versiyaları ilə bu linkdən tanış olmaq olar: “Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə (2026)”