EN

Azərbaycanın bank sektorunda xalis mənfəət kəskin artıb

Marja.az saytına istinadən ain.az xəbər verir.

2026-cı ilin 1-ci rübü ərzində (yanvar-mart) Azərbaycanda fəaliyyət göstərən banklar 372 milyon manat xalis mənfəət, 521 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülleteninin Mart sayında bildirilir.

Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 84.6 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Xatırladaq ki, 2025-ci ilin yanvar-mart aylarında banklar 253.3 milyon manat xalis mənfəət, 402.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. Ötən ilin 1-ci rübündə banklar tərəfindən ümumilikdə 61.7 milyon. manat məbləğində mənfəət vergisi ödənilmişdi.

Beləliklə, 2026-cı ilin 1-ci rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunda əməliyyat mənfəəti 118,3 milyon manat və ya 29,4%, xalis mənfəət 118,7 milyon manat və ya 46,9% artıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
marja.az

2Sources