EN

Şuşaya gedən ailə qəzaya düşdü: ölən var Foto

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə aprelin 29-da gecə saatlarında Yevlax-Ləki yolunda baş verib.

Şuşadan olan keçmiş məcburi köçkün Şakir Həsənov özünə məxsus VAZ-2107 avtomobilində idarəetməni itirərək yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində Ş.Həsənovun nəvəsi, avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva dünyasını dəyişib, sürücü özü isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ş.Həsənov ailəsi ilə birlikdə Şuşa şəhərinə gedirmiş. O, yolda sükan arxasında yuxulayıb və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
7
axar.az

8Sources