EN

Azərbaycan və BƏƏ arasında Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası Bakıda baş tutub

Azərbaycan

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Aprelin 28-də Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Ulusum.az-a bildirilib ki, iclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S.Al Hajeri arasında təkbətək görüş keçirilib. Daha sonra həmsədrlərin rəhbərliyi, hər iki ölkənin səfirlərinin və aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə geniştərkibli iclas baş tutub. Alt komitələr tərəfindən təqdim olunan hesabatlar əsasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafı müzakirə edilib.Görüş çərçivəsində ötən ilin noyabr ayında Əbu-Dabidə baş tutmuş komitənin ilk iclasından bu yana görülmüş işlər nəzərdən keçirilib, əldə olunmuş nəticələr qiymətləndirilib, eləcə də qarşıdakı dövr üçün prioritet istiqamətlər, konkret təşəbbüslər və birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.Həmsədrlər komitənin ilk iclası çərçivəsində razılaşdırılmış yol xəritəsi və iş planlarının icra prosesini müsbət qiymətləndirərək, konkret nəticələrə yönəlmiş əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bununla yanaşı, qarşıdakı dövr üçün yeni təşəbbüslərin irəli sürülməsi, mövcud mexanizmlərin daha da təkmilləşdirilməsi və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi ilə bağlı razılıq ifadə olunub.İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan Respublikası tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, Azərbaycan İnvestisiya Holdinqi və AZCON Holdinqin nümayəndələri iştirak ediblər.

Diqqət Çəkənlər

Prezident Kitabxanasında Zərifə xanım Əliyevanın 103 illiyi qeyd olunub

Barat Vüsalın 75 illik yubileyinə həsr olunan poeziya gecəsi keçirildi

Süni intellekt və qədim tarixdə kibertəhlükəsizlik çağırışları müzakirə olunub

Chosen
67
12
ulusum.az

10Sources