EN

Rumıniyalı mütəxəssis: “Kubok “Zirə” üçün daha vacibdir”

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Zirə” Azərbaycan Kubokunda finala yüksəlib. Rəşad Sadıqovun yetirmələri həlledici matçda “Sabah”la qarşılaşacaq. Final görüşü mayın 13-də olacaq.

“Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake “Futbolpress.az“a açıqlamasında keçmiş klubunun çıxışını dəyərləndirdi:

“Zirə”ni izləyirəm. “Turan Tovuz”u keçməyi bacardılar və indi Avropaya getmək şansları böyükdür. Final asan olmayacaq. “Sabah” bu mövsüm çox yaxşı oynayır və liqada da çempion olacaqlarına şübhəm yoxdur.

Amma kubok “Zirə” üçün daha vacibdir. Çünki çempionat yolu ilə “üçlüy”ə daxil olmaqları çox çətindir, arada böyük xal fərqi var. Ona görə kuboku qazanıb, Avropaya getmək daha real variantdır. Onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, ilk titullarını qazanarlar. Finallar bir oyundan ibarətdir və hər şey mümkündür”.

Skarlatake 2018-2020-ci illərdə “Zirə”nin formasını geyinib.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
50
futbolpress.az

10Sources