EN

Ötən ay nağdsız ödənişlərin həcmi bu qədər olub

2026-cı ilin martında ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 560 milyon manat təşkil edib, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 291 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil edib.

Onu da qeyd edək ki, Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 6.3%, POS-terminalların sayı 46% artıb.

Chosen
20
5
anews.az

6Sources