EN

Fransanın təhlükəli Kipr oyunu

Yazını böyüt
Yazını kiçilt

Şimali Kipr Türk Respublikasının (KKTC) Baş naziri Ünal Üstel, Yunan Kipr Administrasiyasının lideri Nikos Xristodulidesin "Fransa əsgərlərinin Cənubi Kiprə yerləşdiriləcəyi" açıqlamasını son dərəcə təhlükəli, təxribatçı və qəbuledilməz adlandırıb.

Hafta.az yazır ki, Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra Xristodulidesin açıqlamasına cavab olaraq Üstel deyib: "Bir tərəfdən Xristodulides və onun düşüncə tərzi yeni bir danışıqlar prosesindən danışır, digər tərəfdən isə Kipr Türk xalqını görməzdən gəlir. Bu ziddiyyətli mövqe onun əsl niyyətlərini açıq şəkildə ortaya qoyur".

Üstel, adada hər hansı bir hərbi əməliyyat üçün Kipr Türk xalqının razılığının və təsdiqinin vacib olduğunu, sülhə və əmin-amanlığa zərər verən birtərəfli addımların etibarsız olduğunu vurğulayıb.

Makronun açıqlamasını "təkəbbürlü" hesab edən Üstel bildirib ki, "Daxil olduğu demək olar ki, hər ölkəyə istismarçı yanaşması ilə tanınan Fransa, uzunmüddətli perspektivdə yunan kiprlilərə yalnız böyük bir məyusluq gətirə bilər. Fransanın Kiprdə ədalətli və davamlı həll yoluna ən böyük maneələrdən biri sayılan Avropa Birliyinin (AB) üzvü olan adaya qoşun yerləşdirmək cəhdləri də AB-nin ikiüzlü siyasətinin açıq göstəricisidir. Heç bir AB üzvü Şimali Kipr Türk Respublikasının suveren hüquqlarını və təhlükəsizliyini nəzərə almayan qərarlar və ya hərəkətlər edə bilməz".

Kipr türklərini görməməzlikdən gəlinən hər hansı addımın "qisas alacağını" vurğulayan Üstel xəbərdarlıq edib: "Mənim məsləhətim bu təhlükəli addımlardan mümkün qədər tez imtina etməkdir, əks halda, yenidən uduzan siz olacaqsınız".

Chosen
65
hafta.az

1Sources