Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Şəmkir rayonunda 23 yaşlı oğlan həmyerlisinə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun qəsəbələrindən birində baş verib. 2003-cü il təvəllüdlü Tofiq həmin qəsəbədə yerləşən orta məktəbin yaxınlığındakı “Şəhid”lər bulağının qarşısında tanışı Ülvi ilə söhbət edən zaman bir müddət əvvəl aralarında narazılıq yaranmış Zaur (adlar şərtidir – red.) və azyaşlı qardaşı Elçin onların olduğu yerə yaxınlaşıb. Bu zaman Zaur ilə yaranmış şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə əvvəlcədən üzərində gəzdirdiyi istintaqla müəyyən olunmayan bıçaq ilə onun qarın nahiyəsindən bir dəfə vurub. İş üzrə ifadə verən Tofiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Amid və onun oğlanları Zaur və Elçini tanıyır:“Onlarla qəsəbə sakini kimi aramızda münasibətlər yaxşı deyil. 2024-cü ildə Zaurla mənim aramda mübahisə baş verdi və həmin vaxtdan aramızda narazılıqları davam edir. 2025-ci ilin iyulun 20-də, gecəyarısı orta məktəbin yaxınlığındakı “Şəhid”lər bulağının qarşısında dayanaraq Ülvi ilə söhbət etdim. Bu vaxt Zaur yanına yaxınlaşaraq Ülvinin gəlməsini bildirdi. Mən isə Zaura yanımızdan getməsini dedim. Bu vaxt mənim ona elə söz deməyi ona pis təsir etdi. Həmin vaxt Zaurun atası kənardan aramızda narazılığı böyüyəcəyini gördü və yanımıza yaxınlaşaraq Zauru öz ilə evlərinə apardı. Təxminən 2-3 dəqiqədən sonra Amid yanıma yaxınlaşaraq məsləhət verdi, dava-dalaşa son qoymağımızı bildirdi. Mən söhbət edən zaman həmin vaxt qardaşım Əli də yanımızda olub. Amidlə söhbət edən zaman kənardan Zaurun yenidən gəldiyini gördüm və gələn kimi üzərimə gələrək qəfildən qardaşım Əlini və məni yumruqla baş, sifət nahiyələrimizdən vurdu. Qardaşım da onun baş nahiyəsindən yumruqla vurdu. Arada mübahisə davam edən zaman Zaurun qardaşı Elçinin haradan gəldiyini bilməyərək bıçaqla kürək nahiyəmdən bir dəfə vurdu. Həmin vaxt cibimdə olan bıçağı çıxardım və Zaurun qarın nahiyəsindən bir dəfə vurdum. Həmin vaxt Amid hər birimizi bir tərəfə çəkdi və aralaşdırdı”. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin qərarı tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.