Müqəddəsləri Allah seçir. Kainatın dərkolunmaz
həqiqətləri fonunda biz onlardan öyrənməyə çalışır, kamilləşir və yetkinləşirik.
Onların varlığı və mirası zamanla həyat məktəbimizə çevrilir. Adlarını isə
sükranlıqla, ehtiramla anırıq. Bu müqəddəslərdən sonra insan həyatında xüsusi
yeri olan bir zümrə dayanır ki, bunlar da həkimlərdir. Yaratmaq, vücuda gətirmək
Allaha məxsusdur. Amma can vermək, nəfəs bəxş etmək, ölümə meydan oxumaq, son
ümid kimi insanlara xoşbəxtlik bəxş etmək həkimlərin missiyasıdır. Bu, sədaqət
andı, insanı qorumaq üçün onlara verilmiş əhddir. Elə buna görə də həkimlər ağ
xalatlı mələklər kimi qəbul olunur. Onlar Tanrının seçimi kimi insanları
yaşatmaq üçün göndərilən şəxslərdir.
Adı həkimlik üçün sədaqət andı, insanı qorumaq
üçün əhd olan Mərkəzi Gömrük Xəstəxanasının Kardiologiya şöbəsinin rəisi,
invaziv kardioloq, yandal uzmanı İlqar Tahiroğlu məhz mütərəqqi amallar uğrunda
seçilmişlərdəndir. Onun fəaliyyəti ilə tanış olanda bir həqiqəti görməmək
mümkün deyil. İlqar Tahiroğlu üçün hər xəstə bir taledir və hər bir taleyə
toxunmaq onun üçün böyük məsuliyyətdir. Peşəkar həkim kimi cəmiyyətin dayaq
nöqtəsinə çevrilmiş İlqar Tahiroğlu məhz kardiologiya sahəsi üzrə ölkəmizdə
barmaqla sayılacaq mütəxəssislərdən biridir. Onun fəaliyyəti insan həyatına məsuliyyətli
və həssas yanaşmanın nümunəsidir. Mərkəzi Gömrük Xəstəxanasında şöbə rəisi və
invaziv kardioloq kimi çalışdığı müddətdə bu nadir uzmanımız çox ağır və kritik
hallarda verdiyi doğru qərarlarla xəstələrin həyatlarının xilas olunmasına töhfə
verərək peşəkar fəaliyyət sərgiləyir. Gənclərimizin xaricdə yüksək təhsil
alaraq vətənə dönməsi, xalqına xidmət etməsi Ümummilli lider Heydər Əliyevin ən
böyük arzularından biri idi. İlqar Tahiroğlu da məhz belə müqəddəs nümunəni
göstərən ziyalılarımızdandır. 2004–2010-cu illərdə Türkiyənin Ondokuz Mayıs
Universitetinin tibb fakültəsində təhsil alan İlqar həkim daha sonra həmin ali
məktəbin internatura mərhələsini də uğurla tamamladı. 2015–2019-cu illərdə isə
İsrailin Qüds şəhərində yerləşən Hadasa Tibb Mərkəzində kardiologiya üzrə
rezidentura təhsili aldı, həmçinin intervensional kardiologiya və struktural ürək
xəstəlikləri üzrə ixtisaslaşma proqramını yüksək səviyyədə mənimsədi. Bütün bu
beynəlxalq təcrübəyə baxmayaraq o, şöhrət və şəxsi uğur arxasınca getmədi, vətənini
seçdi, qazandığı bilik və bacarığı ölkəsində insanların sağlamlığına həsr etməyə
başladı. Azərbaycana dönən kimi qazandığı təcrübəni real klinik praktikada tətbiq
edərək insanların həyatına birbaşa təsir edən həkim kimi tanınaraq şöhrət
qazandı. Çox keçmədən fəaliyyəti xüsusilə kardiologiya sahəsində ağır və kritik
vəziyyətlərin idarə olunmasında özünü göstərdi. Xəstəyə fərdi yanaşma, dəqiq
diaqnostika və düzgün qərar vermək onun iş prinsipinin əsasını təşkil edərək
peşəkar yanaşmasının göstəricisinə çevrildi. Onun ürəyə etdiyi müdaxilələrin nəticəsi
olaraq xilas edilən xəstələrin sayı artdı və bu da onu pasiyentlər üçün
etibarlı bir ünvan kimi göstərdi. Beləliklə, İlqar həkim bir mütəxəssis kimi cəmiyyətdə
ümid yeri olaraq qəbul olunmağa başladı. Günbəgün artan bu etimad İlqar həkimin
adını insanlara güvən və ümid verən şəxs kimi yaddaşlara həkk etdi. Əməliyyat otaqlarının
ətrafında xəstə yaxınlarının yaşadığı həyəcanlı anlar dərin inamla əvəz olundu.
Çünki peşəkarlıq öz sözünü dedi. Yıxıla-dura, bağrı sanki indicə partlayacaq
kimi ağrılarla üzləşən ürək xəstələri İlqar həkimin yanında təkcə şəfa
tapmadılar, həm də həyata yenidən bağlanmağın, ümidlə yaşamağın nə demək
olduğunu hiss etdilər. Onun müdaxiləsi və gülümsəyən çöhrəsi xəstələr üçün
müalicə olmaqla yanaşı ayağa qalxmaq üçün əlavə güc və enerjidir. İnsan bir
anın içində ürəyindən ölə bilir. İlqar həkimin sayəsində isə bir neçə dəqiqə
içində ürək yenidən normal fəaliyyət göstərə bilir. Müqayisə kifayət qədər
güclüdür. Paradoks isə ondadır ki, həyatla ölüm arasındakı o incə xətt məhz bir
insanın biliyi, təcrübəsi və soyuqqanlı qərarları ilə müəyyən olunur. Bunu
İlqar Tahiroğlu bacarır və kamil mütəxəssis kimi fəaliyyəti bu cür nümunələrlə
zəngindir. Demək olar ki, hər gün belə hallarla rastlaşır və sonda qalib gələn
yenə peşəkarlıq olur. Bu isə onun seçdiyi yolun təsadüfi olmadığını, illərin zəhməti,
məsuliyyəti və insan həyatına verdiyi dəyərin nəticəsi olduğunu bir daha sübut
edir. İlqar Tahiroğlu həkim, alim, ziyalı olaraq bir etalondur, xəstənin
dostudur, xəstənin adamıdır. Təhlükəsiz ürəyin keşiyində dayanaraq şərəflə xidmət
göstərir. Biz xəstəliyi, sarsıntıları ürəyimizdə yaşatdığımız halda, İlqar həkim
o ürəyə güzgü tutur, onun görən və sağaldan tərəfinə çevrilir. Müqəddəslik və
böyüklük də elə budur.
Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi