Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-İran danışıqlarının yarımçıq qalması fonunda ABŞ mediasında yayılan “Rusiyanın müharibəyə qoşula biləcəyi” iddiaları siyasi gündəmin müzakirə mövzusudur.
Bu barədə Gununsesi.info-ya siyasi şərhçi Turan Rzayev danışıb.
Onun sözlərinə görə, Moskvanın Tehrana ABŞ hərbi mövqeləri ilə bağlı kəşfiyyat məlumatları və ya dron texnologiyası təqdim etməsi barədə xəbərlər yeni deyil.
Rzayev qeyd edib ki, Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlıq son illərdə artıq formalaşıb və qarşılıqlı xarakter daşıyır.
Politoloq həmçinin hesab edir ki, Rusiyanın İrana açıq və genişmiqyaslı hərbi dəstək verməsi ehtimalı zəifdir. Çünki bu, Moskva üçün ABŞ-la birbaşa qarşıdurma riskini artırır və Rusiyanın strateji maraqlarına uyğun deyil.
Turan Rzayevin fikrincə, mümkün dəstək olsa belə, bunu Rusiyanın birbaşa müharibəyə qoşulması kimi deyil, böyük güclər arasında dolayı qarşıdurmanın və “proxy” müharibə modelinin dərinləşməsi kimi qiymətləndirmək daha doğrudur.
Orxan
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.