EN

ABŞ və Britaniya İran məsələsində eyni mövqedədir - Tramp

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Çarlzın İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün Amerika missiyasını dəstəklədiyini bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat dərc edib.

"Hazırda Yaxın Şərqdə kiçik bir iş görürük. Konkret düşmən üzərində (İran) hərbi qələbə qazandıq və heç vaxt düşmənin əks addım atmasına icazə verməyəcəyik. Çarlz mənimlə razıdır. Biz heç vaxt İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik", - deyə Amerika Prezidenti bildirib.

Xatırladaq ki, Kral III Çarlz və Kraliça Kamilla aprelin 27-də dörd günlük səfərlə ABŞ-yə gediblər. Amerika Konqresində çıxış edən III Çarlz, İranla müharibə ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, ABŞ və Böyük Britaniyanın həmişə sadiq müttəfiqlər olacağını bildirib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
71
missiya.az

1Sources