EN

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

İranda

İranda polis patrul xidmətinə hücum olub.

APA-nın Tehran bürosunun məlumatına görə, Sistan və Bəlucistan vilayəti polisinin informasiya mərkəzindən bildirilib ki, silahlı şəxslər Zahedan şəhərində polis patruluna atəş açıblar.

Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar. Onların saxlanılması və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Chosen
64
9
xalqcebhesi.az

10Sources