EN

Keyn Cerrardın rekordunu qırdı

style='margin-bottom:10px;'>

"Bavariya"nın hücumçusu Harri Keyn Çempionlar Liqasında unikal nailiyyətə yiyələnib.

QOL.az xəbər verir ki, bu haqda "Squawka" məlumat yayıb.

32 yaşlı hücumçu ötən gecə yarımfinal mərhələsinin PSJ ilə ilk oyununda fəqlənib. Keyn ÇL-də çıxdığı ardıcıl 6-cı matçda qol  vurmuş olub. Nəticədə o, turnirdə ingiltərəli futbolçular arasında rekord qırıb.

Keyn əvvəlki beş Çempionlar Liqası matçında - "Union", PSV, "Atalanta" və "Real"la (həm ilk, həm də cavab oyununda) görüşlərdə fərqlənib.

Ümumilikdə Keyn son 6 matçda 8 qol vuraraq, 2008-ci ildə ardıcıl beş oyunda fərqlənən Stiven Cerrardın rekordunu qırıb.

Chosen
78
1
teleqraf.com

2Sources