EN

Tramp İranı yenə hədələdi, silahlı fotosunu paylaşdı –“Artıq həmin yaxşı adam yoxdur!”

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı hədələyib.

Prezident bu barədə özünün “Truth Social” hesabında yazıb.

“Artıq o yaxşı adam yoxdur”, – deyə Tramp özünə işarə edərək bildirib.

“İran özünü ələ ala bilmir. Onlar nüvə razılaşmasını necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllanmalıdırlar”, – deyə Tramp paylaşımında qeyd edib.

ABŞ prezidenti həmçinin mətnə əlində avtomat silahı olan fotosunu əlavə edib.

AzPost.az

Chosen
37
16
azpost.info

10Sources