EN

Elvin Cəfərquliyev Sabah da ? SON DURUM

ain.az, Fanat portalına istinadən məlumat yayır.

"Qarabağ"ın daxili intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyevin satışa çıxarıldığı barədə yayılan məlumatlar klub rəhbərliyi tərəfindən təkzib edilsə də, onun yeni mövsümə "Sabah" və "Neftçi" kimi klublarda başlayacağı iddia edilir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, cinah müdafiəçisi üçün Ağdam təmsilçisinə nəinki Azərbaycan, heç xarici klublar da təklif göndərməyib.

Cəfərquliyevin özü böyük səhvə yol verdiyinin fərqindədir və cəzasının haqlı olduğunu başa düşür. Karyerasını məhz "Qarabağ"da davam etdirməyi arzulayan milli üzvünün aqibətinin necə olacağına Qurbanov və klubu qərar verəcək.

Qeyd edək ki, cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 42 matça çıxan Elvin 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər iki qola UEFA Çempionlar Liqasında imza atıb.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
3
fanat.az

4Sources