16 yaşadək qızlardan ibarət millimiz sabah Bakıda təlim-məşq toplanışına başlayacaq.
"Football-plus.az" xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq. Komandamız Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.
U-16-ya dəvət edilən futbolçular aşağıdakılardı:
İradə Əsədli, Zəhra İsmayılova, Lamiyə Məmmədova, Tahirə Rəcəb (hamısı "Şəfa"), Süməyyə Əhməd, Məryəm Nuruzadə, Aylin Əliyeva, Nuray Qurbanova, Könül Hüseynova, Aydan Nəsrullayeva, Zəhra Abdullayeva (hamısı "Ulduz"), Xədicə Rəhimova, Suel Polikarpova, Sara Səlimova (hamısı "Neftçi"), Nuray Əzizova, Zeynəb Muradzadə (ikisi də "Təhsil 8 İOEUGİM"), Xədicə Əlizadə, Şəhanə Mirzəliyeva (ikisi də "Liman"), Məryəm Səmədli ("Sabah"), Səbinə Şərəfxanova ("Krılya Sovetov", Rusiya).
6 may, saat 17.00.
Azərbaycan - Litva
8 may, saat 17.00.
Azərbaycan - Rumıniya
11 may, saat 12.00.
Azərbaycan - Gürcüstan