EN

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var » AzadMedia.az


İranda polis patrul xidmətinə hücum olub.

Sistan və Bəlucistan vilayəti polisinin informasiya mərkəzindən bildirilib ki, silahlı şəxslər Zahedan şəhərində polis patruluna atəş açıblar.

Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar. Onların saxlanılması və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.(APA)
Chosen
65
9
azadmedia.az

10Sources