EN

U-16 UEFA İnkişaf Turnirində iştirak edəcək

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası aprelin 30-da Bakıda təlim-məşq toplanışına başlayacaq.

İdmanxeber.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq. 

Komandamız Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

U-16-ya dəvət edilən futbolçuların adları, həmçinin millinin keçirəcəyi oyunların təqvimi açıqlanıb:
 
1. İradə Əsədli – Şəfa
2. Süməyyə Əhməd – Ulduz
3. Xədicə Rəhimova – Neftçi
4. Zəhra İsmayılova – Şəfa
5. Məryəm Nuruzadə – Ulduz
6. Nuray Əzizova – Təhsil 8 İOEUGİM
7. Aylin Əliyeva – Ulduz
8. Xədicə Əlizadə – Liman
9. Nuray Qurbanova – Ulduz
10. Lamiyə Məmmədova – Şəfa
11. Məryəm Səmədli – Sabah
12. Suel Polikarpova – Neftçi
13. Sara Səlimova – Neftçi
14. Könül Hüseynova – Ulduz
15. Zeynəb Muradzadə – Təhsil 8 İOEUGİM
16. Tahirə Rəcəb – Şəfa
17. Aydan Nəsrullayeva – Ulduz
18. Səbinə Şərəfxanova – Krılya Sovetov (Rusiya)
19. Şəhanə Mirzəliyeva – Liman
20. Zəhra Abdullayeva – Ulduz
 
6 may
17:00. Azərbaycan – Litva
 
8 may
17:00. Azərbaycan – Rumıniya
 
11 may
12:00. Azərbaycan – Gürcüstan

Chosen
60
1
idmanxeber.az

10Sources