EN

Bakıda kişi ona telefon alan qadını döydü

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Abşeron rayonunda 35 yaşlı kişi münasibətdə olduğu qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Saray qəsəbəsində baş verib. Füzuli rayon sakini, 1991-ci il təvəllüdlü Samir küçədə tanışı Zülfiyyə ilə rastlaşıb. Bu zaman Zülfiyyə kreditlə alaraq ona verdiyi mobil telefonun kreditini ödəməməsi barədə narazılıqları olub. Qadın ondan həmin telefonu geri istəyib. Bundan əsəbləşən kişi qadının ardınca evə daxil olub və orada boğazından tutaraq, sifətinə və digər nahiyəsinə yumruq, təpik zərbələri vurub. İş üzrə ifadə verən Samir bildirib ki, Saray qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır:“Zərərçəkmiş Zülfiyyə ilə uzun müddətdir qeyri-rəsmi münasibət saxlayıram və aramızda əvvəllər də mübahisələrimiz olub. Sonuncu dəfə 2025-ci ilin iyulun 23-də, saat 12 radələrində Zülfiyyə zəng edərək halının pis olduğunu bildirdiyi üçün həmin gün saat 14:00-da onun evinə getdim. Evə çatdıqda Zülfiyyənin evdə olmadığını gördüm. Zülfiyyənin oğlu Xəyal anasının yaxınlıqdakı marketdə olduğunu dedi. Mən onu gözləməyə başladım. Lakin o, gec gələcəyini düşündüyüm üçün Xəyalla birlikdə yaxınlıqdakı marketə getdik. Orada da Zülfiyyəni görmədim və Xəyyalla birgə şirniyyat alaraq evə qayıtdıq”. Təqsirləndirilən şəxs deyib ki, evə qayıdan zaman Zülfiyyənin evdən çıxaraq taksi çağırdığını görüb:“Zülfiyyəyə yaxınlaşaraq niyə məni yalandan çağırdığını soruşaraq mübahisə yaratdım. Zülfiyyə əsəbiləşərək səs tonunu qaldırdı. Həmin vaxt Zülfiyyə məni danladı. Bu zaman əsəblərimə hakim ola bilməyərək Zülfiyyəyə yaxınlaşdım və onun üz nahiyəsinə bir dəfə şillə vurdum. Sonradan sakitləşərək hadisə yerindən uzaqlaşdım. Ona bir şillədən başqa hər hansı xəsarət yetirməyim yadımda olmayıb”. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı zərərçəkmişə ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirib. O, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq olunmasını xahiş edib. İş üzrə zərərçəkmiş Zülfiyyənin sözlərinə görə, məlum hadisə günü xəstəxanadan bacısı ilə evə gələrkən evlərinin qarşısında əvvəllər tanıdığı Samir adlı şəxs ona yaxınlaşıb:“Bu zaman kreditlə götürərək ona verdiyim telefonla bağlı aramızda mübahisə yarandı, kredit pulunu qaytarmasını tələb etdim. Samir mənə borcunun olmadığını söylədi və “kimə istəyirsən müraciət et” deyərək qolumdan tutaraq evə saldı. Sonra boğazımdan yapışdı, sifət nahiyəmə vurmağa başladı. Bundan sonra bacım Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdi”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
demokrat.az

1Sources