EN

Gömrük orqanlarının qanunsuz əməllərinə görə təzminat ödəniləcək

Gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində vətəndaşa zərər dəyəcəksə, onun əvəzi ödəniləcək.

Sitat.info-nun məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə qeyd olunur ki, gömrük orqanları və onların vəzifəli şəxsləri qanunsuz hərəkətləri (hərəkətsizliyi), habelə normativ hüquqi aktlara uyğun olmayan qərarın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə zərər vurulduqda, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etməlidirlər.

Chosen
48
4
sitat.info

8Sources