EN

AFFA cəzaları bu gün açıqlayacaq

BAKI, 29 aprel. TELEQRAF

Azərbayacan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən və qalmaqalla yadda qalan “Sabah” – “Qarabağ” matçı ilə bağlı qərarlar bu gün açıqlanacaq.

Teleqraf-ın əldə etdiyi məlumata görə, AFFA İntizam Komitəsinə sözügedən qarşılaşmada qeydə alınan intizam pozuntuları ilə bağlı bu gün keçirilən iclasda qərar qəbul edəcək.

Qeyd edək ki, İK-in iclasının ötən gün keçirilməsi planlaşdırılsa da, bu günə təxirə salınıb.

Chosen
36
teleqraf.com

1Sources