EN

Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu

Müxtəlif şəxsləri Bakıda məktəbə müəllim işinə düzəltmək adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cəbrayıl Qəmbərovun barəsindəki cinayət işinin məhkəməsi yekunlaşıb.

 Bakı Ağır CinayÉ™tlÉ™r MÉ™hkÉ™mÉ™sinin hakimi Telman Hüseynovun sÉ™drliyi ilÉ™ keçirilÉ™n yekun iclasda hökm oxunub, C.QÉ™mbÉ™rov 7 il müddÉ™tinÉ™ azadlıqdan mÉ™hrum olunub.

Qeyd edək ki, təqsirləndirilən əvvəllər Bakı Biznes Universitetində metodist-müəllim vəzifəsində çalışıb.

O, vətəndaşları orta məktəbdə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə qəbul etdirəcəyi vədi ilə aldadaraq, onların külli miqdarda pulunu mənimsəyib.

Cəbrayıl Qəmbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilərək barəsində ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmişlərə vurulan ziyanın ümumi miqdarı 200 min manatdan çoxdur.

 

Chosen
58
5
7news.az

6Sources