EN

FHN Akademiyasında növbəti praktiki-maarifləndirici tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Akademiyanın rəisi general-mayor Baba Salayev, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi Baba Salayev çıxışında bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığında mühüm rol oynadığını, müasir dövrdə fövqəladə hallara qarşı mübarizədə peşəkar, yüksək bilik və bacarıqlara malik kadrların hazırlanmasında xüsusi əhəmiyyət daşıdığını bildirib. Akademiya rəisi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanışlıq kursantların gələcək xidmət istiqamətlərini daha düzgün müəyyənləşdirmələrinə və peşəkar biliklərinin artırılmasına mühüm töhfə verir.

Chosen
64
7
publika.az

10Sources