EN

"Ev heyvanı təhlükəlidir" - Allergiyası olanlara həkimdən XƏBƏRDARLIQ

"Ev heyvanları allergiyaya özləri səbəb ola bilərlər, xüsusən də çox steril şəraitdə böyümüş insanlar üçün. Birbaşa olaraq ev heyvanının tükü yaratmasa da, ondan ifraz olunan zülallar buna səbəb olur. Allergiyanı əslində yaradan da bu zülallardır. Məsələn, itlərdə Can f 1, pişiklərdə isə xüsusi Fel d 1 zülalları var. Bunlar allergiyanı provokasiya edən faktorlardır".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva bildirdi.

Həkimin sözlərinə görə, xüsusən də yaz aylarında həm ətraf aləmdə tozcuqların, allergenlərin miqdarı artır, həm də ev heyvanları bu mövsümdə tükünü çox tökür:

"Bu da həm ev daxilində, həm də xaricdə allergen miqdarının artması deməkdir. Ona görə də pasiyentin şikayəti bu mövsümdə daha çox olur. Əgər ev heyvanı ilə yaşamağa davam etmək lazımdırsa, bu zaman nə edə bilərik? Yataq otağını özümüz üçün sığınacaq seçə bilərik ki, ev heyvanı qətiyyən yataq otağına daxil olmasın. Evdə HEPA filterli tozsoranlardan istifadə etmək, ev heyvanını həftədə iki dəfə yuyundurmaq, tüklərinin təmizlənməsi və daranmasını təmin etmək lazımdır. Bu tədbirlər allergiya ehtimalını kifayət qədər azalda bilər".

NURİYYƏ

Chosen
47
redaktor.az

1Sources