EN

Zelenski III Çarlza təşəkkür etdi

Vladimir Zelenski Böyük Britaniya kralına təşəkkür edib.

Redaktor.az xəbər verir ki, o, sosial media hesabında III Çarlzın ABŞ Konqresindəki çıxışı zamanı Ukraynaya dəstəyinə görə minnətdarlığını ifadə edib.

Zelenski bildirib ki, Ukraynaya dəstək çağırışı Avropada da daxil olmaqla “ləyaqətli və davamlı sülhün” təmin olunması üçün vacibdir.

O yazıb: “Atlantik okeanının o tayından Ukraynanı dəstəkləmək üçün bu səsli birlik çağırışına görə Əlahəzrət Kral III Çarlza, Birləşmiş Krallıqa və bütün cəsur amerikalılara təşəkkür edirəm”.

Prezident əlavə edib ki, Ukrayna xalqı Birləşmiş Krallıq və ABŞ tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirir.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
30
1
redaktor.az

3Sources