EN

“İmişli” və “Sumqayıt” xərcə düşdü

AFFA İntizam Komitəsi “İmişli” və “Sumqayıt”la bağlı cərimə məbləğini açıqlayıb.

Msport.az xəbər verir ki, 29-cu çərçivəsində bu iki komanda arasında keçirilən görüşdə heyətində 5 nəfər sarı vərəqə alan “İmişli” 700 manat cərimə ilə üzləşib.

Formasında qüsurlar olması səbəbindən qarşılaşma gec başladığına görə “Sumqayıt” 1500 manat cərimələnib.

Azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Sumqayıt” daha 8000 manat ziyana düşüb.

Matç bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “kimyaçılar” əlavə 3000 manat cərimələnib.

Chosen
34
msport.az

1Sources