ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç premyer-liqanın 29-cu turunda "İmişli" üzərində 2:0 hesablı qələbə qazandıqları oyundan sonra keçirilən mətbuat konfransında qeyri-adi açıqlama verdi. Əvvəlcə həmin ifadəni xatırladaq:
"Reallıqlar yazılsın. Daniel Beskorovaynı ilə mübahisəmi yazan jurnalistə deyin ki, həqiqətləri yazsın. Mənim işim, taktiki gedişlərim barədə yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil. Belə davam etsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəm".
Maraqlıdı, bu təhdid hansı mənaya gəlir? Həqiqətənmi klub prezidenti Riad Rəfiyev serb mütəxəssisə bu qədər sərbəstlik verib? Bu sualları həmkarımız Anar Şabanoğluya ünvanladıq. Onun "Football-plus.az"a cavabı:
"Düzü, buna təhdid demək olmaz. Futbolçu Saşa İliç "Partizan"ın əfsanəsi və ümumilikdə yaxşı futbolçu olub. Amma məşqçi kimi o qədər uğurlu deyil. "Sumqayıt"da qalmayacağı dəqiqdi. Bu mövsüm təkcə Saşa İliç yox, istər digər baş məşqçilər, istərsə də klub və federasiya rəsmiləri mediaya münasibətdə aqressivdi. Prezident sərbəstlik verib deyəndə, düşünürəm ki, hər baş məşqçi mətbuat kofranslarında özünü aparmaqda, fikirlərdə azaddı. Ola bilsin, İliçin klubda belə azadlığı yoxdu və yığılıb qalan emosiyalarını medianın üstünə tökmək istəyir. Jurnalistlər onun futbolçu karyerasına hörmət əlaməti kimi qalan 4 oyunda bir az səbr göstərib, yola salınmasını gözləsə, yaxşıdı".
Xatırladaq ki, "kimyaçılar" ötən ilin yayında İliçlə birillik müqavilə imzalayıb.KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.