EN

Keçmiş prezidentə şok hökm: hərbi vəziyyət qərarı onu həbsə apardı

Cənubi Koreyanın apellyasiya məhkəməsi keçmiş prezident Yun Sok Yolu həbs orderinin icrasına mane olmaq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Yunun həbsinə dair order 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməsi ilə bağlı verilib. Belə ki, prezidentin Şimali Koreya ərazisinə pilotsuz uçuş aparatlarının göndərilməsi barədə göstəriş verdiyi bildirilir.

Apellyasiya məhkəməsi qərarı televiziya vasitəsilə yayımlanan iclas zamanı elan edib.

Bu qərar, Yunun hərbi vəziyyət tətbiq etməyə cəhd göstərməsi ilə bağlı işlərə baxmaq üçün yaradılmış xüsusi məhkəmə qurumunun çıxardığı ilk hökm kimi qeyd olunur.

Chosen
35
aznews.az

1Sources