EN

Sankt Peterburq da paradı texnikasız keçirəcək Qonaqların sayı kəskin azaldılıb

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Moskva kimi Sankt-Peterburq da 9 mayda “Qələbə Günü” paradını kiçiltmək qərarına gəlib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, parad hərbi texnikanın ənənəvi keçidi olmadan baş tutacaq. Bəzi hərbi akademiyaların kursantları paradda iştirak edəcək.

Meydanda üç əvəzinə yalnız bir tribuna olacaq. Əvvəlcə paradı 5600 qonağın izləməsi planlaşdırılırdı, lakin onların sayı 18 dəfə azaldılaraq 300-ə endirilib.

Paradın bu formatda keçirilməsi qərarı Sankt-Peterburq qubernatoru və Leninqrad Hərbi Dairəsinin müvəqqəti komandirinin iştirakı ilə keçirilən təhlükəsizlik iclasında qəbul edilib.

Rusiya Müdafiə Nazirliyi dünən elan edib ki, Moskvanın Qırmızı Meydanında keçiriləcək 9 May paradında hərbi texnika keçidi olmayacaq. Kreml bildirib ki, paradın bir hissəsinin ləğv edilməsi qərarı Kiyevdən gələn "terror təhlükəsi" ilə bağlıdır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
azpolitika.info

1Sources