EN

Balakəndə yerin təkindən qanunsuz istifadə etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar

Balakəndə yerin təkindən qanunsuz istifadə etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 2 nəfər müəyyən olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Araşdırma aparılır.

Chosen
7
17
missiya.az

10Sources