EN

"Temu" bağlamalarının gecikmə səbəbi açıqlandı

Yazını böyüt
Yazını kiçilt

"Temu" platformasından gələn kəskin yük artımı və əvvəlcədən məlumat verilməməsi səbəbindən bağlamaların çatdırılmasında iki həftəyədək gecikmə yaranıb.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, "Temu" platformasından gələn bağlamalar qısa müddətdə Azərbaycana daxil olan yüklərin həcmini kəskin artırıb. Bu yüklər əvvəlcədən elektron məlumat və bildirişlər təqdim olunmadan hava limanına daxil olub.

Komitə sədri bildirib ki, gömrük orqanları bir anda təxminən 400 tona yaxın yüklə qarşılaşıb və bu yüklərin yoxlanılması, ünvanlara görə çeşidlənməsi və sahiblərinə çatdırılması əlavə vaxt tələb edib.

O qeyd edib ki, gətirilən mallar yalnız şəxsi istehlak üçün olmaya bilər və onların arasında xüsusi icazə tələb edən məhsullar – dərman vasitələri, psixotrop və ya qanunla məhdudlaşdırılan digər maddələr də ola bilər. Bu səbəbdən gömrük yoxlamalarının aparılması zəruridir.

Şahin Bağırov vurğulayıb ki, bu proses balans tələb edir və təhlükəsizlik baxımından yoxlamalar diqqətlə həyata keçirilməlidir. Nəticədə bağlamaların çatdırılmasında təxminən 1–2 həftəlik gecikmə yaranıb.

Onun sözlərinə görə, hazırda məsələ həll olunub və gömrük orqanları öz resursları hesabına prosesi normallaşdırıb. Eyni zamanda, "TEMU" platforması qarşısında tələb qoyulub ki, yüklərlə bağlı məlumatlar əvvəlcədən təqdim edilsin ki, sistem üzərindən daha effektiv idarəetmə mümkün olsun.

Chosen
24
3
hafta.az

4Sources