EN

“Dost! Dost! Dost!” adlı xüsusi konsert proqramına artıq sayılı günlər qalır

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Mayın 14-də baş tutacaq “Dost! Dost! Dost!” adlı xüsusi konsert proqramına artıq sayılı günlər qalır.

SİA xəbər verir ki, Savalan qrupu tərəfindən Beynəlxalq Muğam Mərkəzi səhnəsində təqdim olunacaq bu gecə Azərbaycanın tanınmış musiqiçisi Novruz Novruzun xatirəsinə ithaf edilir. Konsertdə tamaşaçıları həm nostalji, həm də emosional anlarla zəngin musiqi proqramı gözləyir.

Artıq tədbirə maraq böyükdür və biletlərin tükənmək üzrə olduğu bildirilir. Qiymətlər 10–20 AZN arasında dəyişir və biletləri iTicket platforması üzərindən əldə etmək mümkündür.

Musiqi və duyğularla dolu bu unudulmaz gecəyə qatılmaq istəyənlər üçün tələsmək tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
1
sia.az

2Sources