EN

Əmək Müfəttişliyinin cərimələdiyi direktora CAVABI

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Xəbər verrdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimələnib. 

Cərimənin səbəbi institutda bir neçə ay öncə baş vermiş hadisə ilə bağlıdır. Belə ki, institutun 77 yaşlı əməkdaşı Tofiq Həsənov 2025-ci il dekabrın əvvəlində təzyiqinin aşağı düşməsi səbəbilə sanitar qovşaqda özünü narahat hiss edib. 

Bununla bağlı təcili yardım çağrılıb, ailəsinə məlumat verilib. Hadisədən sonra Tofiq Həsənov bülletenə çıxıb və daha sonrakı proses çərçivəsində institut direktoru cərimələnib. 

İnstitutun çıxarılan qərarla razılaşmayan direktoru Kərim Şükürov saytımıza bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə bununla bağlı bütün dəlil-sübutların təqdim edilməsinə baxmayaraq, baş verən olay bədbəxt hadisə hesab edilib:

“İstitutun direktoru kimi ştat cədvəli üzrə əməkhaqqım 1150 manat olduğu halda, aprelin 23-də, hadisədən 5 ay sonra mənə 1000 manat cərimə tətbiq edilib. Çıxarılan qərarla razılaşmıram və bununla bağlı hüquqi mübarizəmi davam etdirəcəyəm, məhkəməyə müraciət etməyi düşünürük”.

 Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan daxil olmuş müraciətdə qeyd edilən məsələ ilə bağlı təqdim edilmiş materiallar əsasında araşdırma aparılır: 

“Aparılmış araşdırmanın nəticəsinə əsasən, müəssisə tərəfindən baş vermiş bədbəxt hadisə barədə qanunvericiliklə müəyyən edilmiş müddətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilmədiyi müəyyən edilib. 

Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbiri tətbiq edilib, müvafiq qərar qəbul olunub və həmin qərar hazırda qüvvədədir. 

Qeyd edək ki, barəsində inzibati tədbir tətbiq edilmiş vəzifəli şəxs qəbul olunmuş qərardan narazı qaldığı halda Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət etmək hüququna malikdir”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

Dövlət Əmək Müfəttişliyi Xidməti Kərim Şükürov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
49
4
cebheinfo.az

2Sources