EN

Qeyri-etik ifadə və ya hərəkətə görə 3 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda II Liqanın XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

27 aprel 2026-cı il tarixində II Liqada XXIV turun  “Araz Saatlı” – “Göygöl” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+4-cü dəqiqəsində “Xankəndi” komandasının 9 nömrəli futbolçusu Elvin Nəsibov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+10-cu dəqiqəsində “Xankəndi” komandasının 88 nömrəli futbolçusu Müşfiq Teymurov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Xankəndi” komandası 250 manat cərimə edilsin (maddə 51.2);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununda meydançaya kənar əşya atıldığına görə “Xankəndi” komandası 200 manat cərimə edilsin (maddə 86.3);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyununun 90+8-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 44 nömrəli futbolçusu Ülvi Sarıyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Qaradağ Lökbatan” komandası 800 manat cərimə edilsin (maddə 52.3);

28 aprel 2026-cı il tarixində II Liqada XXIV turun “Xankəndi” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” komandasının 77 nömrəli futbolçusu Hakan Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7).

saytlarin hazirlanmasi

Chosen
42
8
sportal.az

10Sources