EN

Hörmüzün bağlanması Türkiyəyə 24 milyard dollara başa gələcək

“Hörmüz boğazının bağlanması Türkiyəyə 13,6 milyard dollarla 24 milyard dollar arasında başa gələ bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Türkiyənin ergetika naziri Alparslan Bayraktar bildirib.

"Böhran bizə aşağıdakı kimi təsir göstərə bilər. Əgər neftin qiyməti orta hesabla 100 dolla səviyyəsində qalarsa, bu, ilin sonuna qədər əlavə 13,6 milyard dollar olacaq. 

Qiymət 125 dollara çatarsa, xərclər 24 milyard dollara qədər artacaq. Bunlar əlavə xərclərdir", - deyə nazir jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazındakı böhran səbəbindən Türkiyə vergilərdə təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) itirə bilər.

Chosen
47
4
cebheinfo.az

8Sources