Ajans.az xəbər verir ki, bunu İran parlamentinin üzvü Meysəm Zohorian deyib. Deputatın sözlərinə görə, İslamabadda keçirilən danışıqların birinci mərhələsinə dair hesabatı aldıqdan sonra Müctəba Xamenei ABŞ-nin “təkəbbürlü və üstün mövqe”dən hərəkət etdiyini söyləyərək, prosesin davamından imtina edib.
“Xamenei bu səbəbdən danışıqların ikinci mərhələsinə icazə vermədi”, - Zohorian vurğulayıb.