EN

“Dünya tarixində Azərbaycan dövlətçiliyi” kitabı çap olundu

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Elmi Şurasının 2025-ci il 26 dekabr tarixli qərarı ilə “Dünya tarixində Azərbaycan dövlətçiliyi” adlı kitab nəşr olunub.

Publika.az xəbər verir ki,əsərin müəllifi AMEA-nın müşaviri, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudovdur.

Oxuculara təqdim olunan bu kitabda Azərbaycanın qədim və zəngin dövlətçilik tarixinə ümumdünya tarixi fonunda nəzər salınır və ilk dəfə olaraq dövlətçilik tariximiz aşağıdakı kimi dövrləşdirilir:

1) Ən qədim zamanlardan İslama qədərki dövrdə Azərbaycan dövlətçiliyi;
2) İslam dininin qəbulundan sonrakı dövrdə Azərbaycan dövlətçiliyi (VII-XVIII əsrin II yarısı);
3) Rusiya işğalları və Azərbaycan dövlətçiliyinin aradan qaldırılması;
4) Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdə Azərbaycan dövlətçiliyinin dirçəlişi: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) və Cənubi Azərbaycan Milli Hökuməti (1920);
5) Şimali Azərbaycanda kommunist rejimi;
6) Azərbaycan dövlətçiliyinin Heydər Əliyev dövrü;
7) Dövlətçilik tariximizin İlham Əliyev dövrü.

Əsərdə Azərbaycanın ən qədim dövlət qurumlarından, Manna dövlətindən, İskit və Massaget şahlıqlarından, Atropatenadan, Albaniyadan, Azərbaycan-türk sülalələrinin idarə etdiyi geniş ərazili dövlətlərdən (Sacilər dövləti, Azərbaycan Atabəylər dövləti, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları) və Azərbaycan Xalq Cümhuriyyətindən ayrı-ayrılıqda bəhs olunur. Əsərin “Şimali Azərbaycanda dövlətçiliyin dirçəlişi: Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il may - 1920-ci il aprel)” yarımbölməsində Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etməsi xüsusi qeyd edilir, bu məsələ kitabdakı illüstrativ materiallarda da öz əksini tapıb.

Chosen
26
3
publika.az

4Sources