EN

2026-cı il Dünya Kubokunda yeni qaydalar tətbiq olunacaq


Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarına yeni dəyişikliklər edib.
Yeniavaz.com
IFAB-a istinadla xəbər verir ki, bu dəyişikliklər dərhal qüvvəyə minəcək və 2026-cı il Dünya Kubokunda qüvvədə olacaq.
Yeni dəyişikliklər irqi ayrı-seçkilik və idmançıya xas olmayan davranışlarla mübarizə aparmaq üçün qəbul edilib.
Bu qaydalara əsasən hakimlə və ya oyunçu ilə mübahisə zamanı ağızlarını əlləri ilə örtən oyunçular qırmızı vərəqə alacaqlar. Belə ki, oyunçular adətən bu üsuldan xoşagəlməz sözlərdən və ya irqi təhqirlərdən istifadə etdiklərini sübut etmək mümkün olmasın deyə istifadə edirlər.
Qaydaları dəyişdirməklə FIFA və IFAB bu cür hadisələrin baş vermə hallarını azaltmağa çalışır.
Hakimin qərarına etiraz olaraq meydanı tərk edən futbolçular da dərhal oyundan uzaqlaşdırılacaqlar. Həmçinin, buna təhrik edən komanda rəsmilərinə də qırmızı vərəqələr göstəriləcək.
Əgər bu cür davranışlar oyunun dayandırılmasına səbəb olarsa, həmin komandaya texniki məğlubiyyət veriləcək.
Bu qaydalar digər turnirlər üçün məcburi xarakter daşımasa da, onların Dünya Çempionatında tətbiqi mütləq olacaq.
Chosen
61
1
yeniavaz.com

2Sources