Professor Nihat Hatipoğlunun oğlu Səid Hatipoğlu ilə çəkdiyi videolarla tanınan fenomen Fatma Soydaş qısa müddət ərzində TikTok-dan qazandığı pulla gündəmə gəlib.
Ölkə.Az Türkiyə mediasına istinadən xəbər verir ki, son dövrlərdə sosial media məzmunları ilə adından söz etdirən Fatma Soydaş, bu dəfə TikTok yayımından əldə etdiyi gəlirlə diqqətləri üzərinə çəkib. Xüsusilə Səid Hatipoğlu ilə birlikdə çəkdiyi videolardan sonra izləyici sayını artıran fenomen Soydaş sosial mediada böyük bir qazanca imza atıb.

Soydaş TikTok üzərindən həyata keçirdiyi canlı yayımda izləyicilərdən gələn böyük maraq və hədiyyələrlə cəmi 42 dəqiqə ərzində 323 min 330 TL (təxminən 17 min manatdan çox) toplayıb.
Digər tərəfdən, "Instagram" üzərindən də yeni bir addım atan Soydaş qısa müddət əvvəl abunəlik sistemini aktivləşdirmişdi. Aylıq abunə haqqının 59,99 TL olmasına baxmayaraq, iki gün ərzində 9 min 338 abunəçiyə çatan fenomenin bu sistemdən əldə etdiyi gəlirin 560 min TL-ni keçməsi sosial media istifadəçiləri arasında geniş əks-səda doğurub.
