EN

Monteneqro ombudsmanı: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Monteneqro ombudsmanı Sinişa Byekoviç ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı S.Əliyeva qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil ayrı-seçkiliyin qarşısının alınması, bərabərlik hüququnun təmin edilməsi, uşaq hüquqlarının, miqrantların, həmçinin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və digər sahələr üzrə mandatının genişləndirildiyini, qeyd edilən istiqamətlər üzrə müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirmək səlahiyyətinin verildiyini bildirib. O, həmçinin bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması məqsədilə yaradılmış monitorinq qruplarının fəaliyyəti və əldə olunmuş müsbət təcrübələr barədə qonaqlara geniş məlumat verib.

Səbinə Əliyeva ötən il Monteneqroda baş vermiş hadisələr zamanı Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi sahəsində göstərdiyi operativ dəstəyə görə Sinişa Byekoviçə bir daha təşəkkürünü ifadə edib.

Sinişa Byekoviç təsisatlararası əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Chosen
38
9
azerbaijan-news.az

10Sources